Türk musiqisinin ustadlarından olan Orhan Gəncəbay yeni mahnısı “Canım Türkiyəm”ə klip çəkdirərkən mahnının seçkilərə yaxın çıxacağını bildirib.
Hafta.az-ın “A Haber”ə istinadən yazdığına görə, Gəncəbay mahnısını Cümhuriyyətin 100 illiyinə həsr etdiyini deyib. Bununla da ustad sənətçi 13 illik aradan sonra ilk dəfə pərəstişkarları və dinləyiciləri ilə görüşməkdən həyəcanlanır. Ustad sənətçi yeni lentə aldığı mahnı ilə yenidən Türkiyənin gündəminə gəlib.
Gəncəbay, “Canım Türkiyəm” mahnısı birliyimizi, ölkəmizdə sabitliyi gücləndirmək üçün böyük həvəs, arzu və istəklə bəstələdiyim bir bəstədir" deyib.
Bundan əlavə, ustad sənətçi "Bizim həm simfonik, həm də mehtər kollektivimiz var. Onlar bizim gələcəyimizi təmsil edirlər. Bu dəyərləri bir araya gətirməyə çalışdıq. Cümhuriyyətimizin 100-cü ilinə həsr edirəm” deyib.
“Canım Türkiyəm” mahnısı dünyanın 280 ən mühüm rəqəmsal mərkəzindən eyni vaxtda yayımlanacaq.